Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda “Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda təlim keçirilib Fotolar

Tarix: 07-01-2026 14:20     Baxış: 1 239

Goranboy–Naftalan rayonları üzrə təhsil sektorunun təşkilatçılığı ilə “Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda təlim keçirilib.

Mubarizciler.az xəbər verir ki, Təlim sektorun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri və sinifdənxaric məktəbdənkənar işlər üzrə təşkilatçıları üçün təşkil olunub.

 Təlimin məqsədi — təhsil prosesində İKT-nin imkanlarını nümayiş etdirmək, rəqəmsal platformalardan effektiv istifadə bacarıqlarını artırmaq və müasir pedaqoji yanaşmalara uyğun yeni kompetensiyalar formalaşdırmaqdan ibarət olub.


 Təlim çərçivəsində iştirakçılara:

- Elektron resurslardan istifadə yolları,

- Rəqəmsal təqdimatların hazırlanması,

- Onlayn tədris platformalarının imkanları,

- Elektron qiymətləndirmə vasitələri,

- Təhsil idarəçiliyində İKT-nin rolu barədə nəzəri və praktik məlumatlar təqdim olunub.


 İştirakçılar interaktiv tapşırıqlar və açıq müzakirələr vasitəsilə biliklərini tətbiq etmək və fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar