Xəbər lenti
8-05-2026, 14:49
 

Polad Həşimovun doğum günüdür

Tarix: 02-01-2026 10:18     Baxış: 2 233

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Mubarizciler.az ın məlumatına görə, Polad Həşimov 1975-ci ilin yanvarın 2-si Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib.

O, Sumqayıtda orta məktəbi bitirib. Heydər Əliyev adına ali məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib.

Polad Həşimov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.

General-mayor Polad Həşimov iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

İyulun 14-də onun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. Şəhid general iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar