Xəbər lenti
15-09-2026, 17:52
 

Göygölün İcra başçısı “İrəvan” İdman Klubunun fəaliyyəti ilə tanış olub Fotolar

Tarix: 26-12-2025 18:37     Baxış: 1 253

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Qərbi Azərbaycan İcmasının Dəstəyi ilə təsis olunan Göygöl rayon “İrəvan” İdman Klubunda yaradılan şəraitlə tanış olub. 2020-ci ildən fəaliyyət göstərən klub idmanın 3 növündə və rəqs qrupunda 130 nəfərə yaxın gənci öz ətrafında cəmləyib.  

Mubarizciler.az xəbər verir ki, Klubun direktoru Fəxri Cəfərov məlumat verib ki, klubun yetirmələri Respublika və Dünya  çempionatlarında çox saylı qızıl, gümüş və bürünc medallar əldə ediblər. Klubda idmanın Taekvondo, Kikboksinq və Savate (fransız boksu) idman növləri üzrə bölmələrdə məşq edən gənclər qarşıdakı yarışlara səylə hazırlaşırlar. Vurğulanıb ki, idmançıların peşəkarlığını artırmaq, yeniyetmə və gəncləri idmana cəlb etmək və onları  zərərli vərdişlərdən uzaq tutmaq məqsədi ilə klub mütəmadi olaraq daxili yarışlar, rayon birincilikləri, açıq çempionatlar və kütləvi tədbirlər təşkil edir. 

Bütün sahələrə olduğu kimi idmanın inkişafına və bu sahədə infrastrukturun yaradılmasına böyük diqqət və qayğı ilə yanaşdığına görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürünü bildirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar