Xəbər lenti

Elçin Kərimov Gəncə İdman Liseyinin uğurlu idmançıları ilə görüşüb Fotolar

Tarix: 23-12-2025 20:50     Baxış: 973

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Gəncə İdman Liseyinin uğurlu idmançıları ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, görüş zamanı Elçin Kərimov idmançıların uğurunu yüksək qiymətləndirib, onların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib. O bildirib ki, hər bir idmançının uğuru təkcə onun şəxsi nailiyyəti deyil, eyni zamanda ölkəmizin idman nüfuzunun göstəricisidir.

Görüşdə Gəncə İdman Liseyinin məzunu, hazırda isə Azərbaycan yığma komandasının üzvü olan Jalə Əliyevanın qazandığı uğurlar xüsusi vurğulanıb. Qeyd edək ki, Jalə Əliyeva aşağıdakı beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edib, I və II İslam Həmrəylik Oyunları – I yer, U-20 və U-23 Avropa Çempionatları – I yer, U-23 Dünya Çempionatı – III yer. Həmçinin liseyin məşqçi-müəllimi Gültəkin Şirinovanın idman sahəsindəki uğurları da qeyd olunub. Gültəkin Şirinova Avropa Gənclər Olimpiya Festivalı, Gənclər arasında Avropa Çempionatı, U-23 Dünya Çempionatı, Ali Məktəblərin Dünya Çempionatı, Hərbiçilərin Dünya Çempionatı, U-23 Avropa Çempionatı, V yer – II İslam Həmrəylik Oyunlarında uğurlu iştirakı olmuşdur. Qeyd olunub ki, bu uğurların arxasında dayanan peşəkar hazırlıq və əzmkarlıqla yanaşı, idmançıların şəxsi məşqçisi Mehman Allahverdiyevin illərdir göstərdiyi səylər mühüm rol oynayır. Elçin Kərimov görüşün sonunda bütün idmançılara və onların məşqçilərinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb və təhsillə idmanın birgə inkişafının əhəmiyyətini vurğulayıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar