Elçin Kərimov Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş layihə rəhbərləri ilə görüş keçirib Fotolar

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş layihə rəhbərləri ilə görüş keçirib.
Mubarizciler.az xəbər verir ki, görüşün məqsədi qalibləri təbrik etmək, həyata keçiriləcək layihələrin əhəmiyyətini vurğulamaq və qarşıdakı fəaliyyətlərə dair fikir mübadiləsi aparmaq olub.
Görüşdə çıxış edən Elçin Kərimov qalib müəllimləri təbrik edərək bildirib ki, bu cür layihələr təhsildə innovativ yanaşmaların təşviqinə, şagirdlərin bilik və bacarıqlarının inkişafına, məktəbdaxili idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfə verir. Qrant layihələrinin gələcək inkişaf perspektivləri, yerli məktəblərdə tətbiqi və əldə ediləcək nəticələr barədə geniş fikir mübadiləsi aparılıb. Görüş iştirakçılarının layihə təcrübələri və gözləntiləri də dinlənilib. Tədbir qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilib. Qeyd edək ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 16 layihə qalib olub.

Xəbəri paylaş







































0772703001 