Xəbər lenti
15-09-2026, 17:52
 

Gəncədə 2025-ci təqvim ilinin yekunlarına dair ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib Fotolar

Tarix: 18-12-2025 13:03     Baxış: 1 183

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2025-ci təqvim ilinin yekunlarına həsr olunmuş geniş tərkibli görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Gəncə-Daşkəsən RTİ-nin müdiri Elçin Kərimov, təhsil sektorlarının müdirləri, idarənin əməkdaşları və şagird sayı 300-dən çox olan ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

 Təqdimatla çıxış edən idarə müdiri Elçin Kərimov 2025-ci il ərzində təhsil müəssisələrinin fəaliyyətinə dair əsas göstəricilər, statistik məlumatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Görüşdə aşağıdakı istiqamətlər üzrə təhlillər təqdim olunub:

- IV və VI siniflər üzrə fənn aylıqlarının icra vəziyyəti;

- Müxtəlif səviyyəli dərsdinləmələrin təşkili və nəticələri;

- Respublika Fənn Olimpiadaları və BilBacar müsabiqəsində iştirak səviyyəsi;

- Ümumi təhsil müəssisələrinin qiymətləndirmə nəticələrinin təhlili;

- IV və VI siniflər üzrə monitorinq nəticələrinin ümumiləşdirilməsi;

- IX sinif buraxılış imtahanlarının nəticələrinin müqayisəli analizi;

Görüş qarşılıqlı fikir mübadiləsi və diskussiya şəklində davam edib, iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb, mövzu ilə bağlı təklif və rəylər dinlənilib




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar