Xəbər lenti
15-09-2026, 17:52
 

Elçin Kərimov İsa Rüstəmovla görüşüb Fotolar

Tarix: 16-12-2025 20:59     Baxış: 1 309

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov VI İslam Həmrəyliyi Oyunlarında bürünc medala layiq görülmüş Goranboy rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təlimatçısı İsa Rüstəmovla görüşüb.

Mubarizciler.az xəbər verir ki, görüş zamanı Elçin Kərimov idmançının uğurunu yüksək qiymətləndirib, onu və onun məşqçisi Sərəddin Kazımovu təbrik edərək bu nailiyyətin həm Goranboy rayonunun, həm də ölkəmizin idman nüfuzuna töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, İsa Rüstəmov Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə 71 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 147 kq, təkanla qaldırma hərəkətində isə 177 kq nəticə göstərərək gümüş və bürünc medallara sahib olub. Ümumi nəticədə 324 kq toplamla o, bürünc medala layiq görülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar