Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 

Naftalanda uğur qazanmış idmançılar təltif edilib Fotolar

Tarix: 16-12-2025 18:40     Baxış: 1 015

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, ŞİH başçısının müavini Arzu Məmmədov idmançılarımız Zeynəb Şərbətova, Fəridə Rəhimli və onların məşqçi-müəllimi, idman ustası Fuad Əliyevlə görüşüb.

Mubarizciler.az xəbər verir ki, görüşdə Naftalan ŞİH-nin məsul əməkdaşları, Naftalan şəhəri üzrə gənclər və idman sektorunun müdiri Tural Hümbətov, Naftalan UGİM-in direktoru Sənan Axundov iştirak ediblər.

Görüşdə Arzu Məmmədov yer tutan idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə və idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq, bu sahədə qazanılan nailiyyətlərin gənc nəslin idmana marağının daha da artmasına mühüm töhfə verdiyini vurğulayıb. Çıxış edənlər idmançıların nümayiş etdirdikləri yüksək iradə, əzmkarlıq və peşəkarlığı xüsusi vurğulayaraq onları təbrik edib, gələcək yarışlarda yeni uğurlar arzulayıblar. Görüşün sonunda qalib idmançılar mükafatlandırılıb, xatirə şəkli çəkdirilib. Qeyd edək ki, Azərbaycan birinciliyində Naftalan şəhərini təmsil edən idmançı, Naftalan UGİM-in yetirməsi Şərbətova Zeynəb Rəfail qızı (-57 kq çəki dərəcəsində) 13–14 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən gənclər arasında U-20 cüdo üzrə Azərbaycan birinciliyində yüksək nəticə göstərərək I yerə layiq görülüb və qızıl medalla təltif olunub. Həmçinin Naftalan UGİM-in yetirməsi Rəhimli Fəridə Kərəm qızı 22–23 noyabr 2025-ci il tarixlərində U-14 yeniyetmələr arasında Liqa yarışının IV turunda (36 kq çəki dərəcəsində) I yerin qalibi olaraq qızıl medala layiq görülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar