Xəbər lenti
25-07-2026, 19:27
 

Baş prokuror Qətərdə işgüzar səfərdədir Fotolar

Tarix: 15-12-2025 15:38     Baxış: 1 575

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 14-də Qətərin paytaxtı Doha şəhərinə səfərə edib.

 Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində baş prokuror qlobal korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetmə mərasimində iştirak edib.

Tədbirdə Qətərin əmiri Şeyx Təmim bin Həməd Al Təni, BMT-nin və Qətərin yüksək səviyyəli rəsmiləri, müxtəlif ölkələrin nümayəndə heyətləri və  beynəlxalq ekspertlər iştirak edib.

Bildirilib ki, 2015-ci ildə BMTnin Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsinin (UNODC) dəstəyi ilə təsis edilən mükafatın məqsədi korrupsiyaya qarşı mübarizənin vacibliyini təbliğ, BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasının implementasiyasını təşviq və bu sahədə nailiyyətləri ictimaiyyətə təqdim etməkdir.

Tədbir çərçivəsində Baş prokuror Qətərin Qanunun Aliliyi və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin (ROLACC) sədri və qeyd edilən mükafatın Himayəçilər Şurasının sədri Ali Al Marri arasında görüş keçirib.

Görüşdə ölkələrimiz arasında siyasi rəhbərliklər səviyyəsində dostluq münasibətlərindən qaynaqlanan yüksək dinamika ilə inkişaf edən qarşılıqlı əlaqələr vurğulanıb və korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, həmçinin birgə layihələr müzakirə olunub.

Səfər çərçivəsində baş prokuror, həmçinin, BMT Baş katibinin terrorçuluqla mübarizə üzrə müavini Alexander Zuyevlə görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər üzrə müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın terrorçuluqla, korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra təşəbbüslərinin BMT tərəfindən dəstəkləndiyi bildirilib.

Görüşlərdə ölkəmizin Qətər fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edib.

Səfər çərçivəsində Kamran Əliyev ölkəmizin Qətərdəki səfirliyini ziyarət edib, səfirlik əməkdaşları ilə görüşüb.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Doha şəhərində fəaliyyətə başlayacaq BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edəcəyi gözlənilir.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar