Xəbər lenti
15-09-2026, 17:52
 

Gəncədə məktəbəqədər təhsillə bağlı görüş keçirilib Fotolar

Tarix: 10-12-2025 23:14     Baxış: 1 372

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti, yoxlama nəzarət mexanizmləri, təlim-tərbiyə prosesinin monitorinqi və normativ sənədlərin tətbiqi üzrə əsas istiqamətlərlə bağlı görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Rövşən Kərimov, idarə əməkdaşları və məktəbəqədər təhsil müəssisəsinin rəhbərləri iştirak ediblər.

Görüş müddətində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və yoxlama nəzarət tədbirləri ilə bağlı təqdimat nümayiş etdirilib. Təqdimat çərçivəsində yoxlama nəzarət mexanizmləri, təlim-tərbiyə prosesinin monitorinqi və normativ sənədlərin tətbiqi üzrə əsas istiqamətlərə dair məlumatlar verilib. İdarə müdiri Elçin Kərimov çıxış edərək bildirib ki, məktəbəqədər təhsil sahəsi cəmiyyətin təməlini təşkil edən ilkin mərhələlərdən biridir və bu sahədə fəaliyyət göstərən müəssisələrin idarə olunması, nəzarət və keyfiyyət göstəricilərinin yüksəldilməsi daim diqqət mərkəzində olmalıdır. O, rəhbərləri maarifləndirmə, hesabatlılıq, şəffaf idarəçilik və uşaq mərkəzli yanaşmaların tətbiqinə xüsusi önəm verməyə çağırıb. Görüşdə həmçinin məktəbəqədər təhsil müəssisələrində maddi-texniki baza, kadr təminatı, metodiki dəstək, sağlamlıq və gigiyena məsələləri ilə bağlı aktual problemlər və onların həlli yolları müzakirə olunub. Sonda qarşıya qoyulan məqsədlərə nail olunması üçün müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilib və onların təklifləri dinlənilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar