Asim Rüstəm: "Slovakiya–Azərbaycan Münasibətlərində Dostluq və Strateji Tərəfdaşlıq Yeni Mərhələdə"

Slovakiya və Azərbaycanın dost ölkələr və strateji tərəfdaşlar kimi qiymətləndirilməsi iki dövlət arasında formalaşmış səmimi münasibətlərin və uzunmüddətli əməkdaşlığın məzmununu tam əks etdirir. Bu fikir yalnız diplomatik jest deyil, konkret fəaliyyət, qarşılıqlı etimad və çoxşaxəli əməkdaşlıq üzərində qurulan münasibətlərin təbii nəticəsidir. Son illərdə aparılan yüksək səviyyəli danışıqlar, dövlət başçılarının qarşılıqlı səfərləri və strateji sənədlərin imzalanması Slovakiya–Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. İki ölkə arasında dostluq münasibətlərinin əsasını qarşılıqlı hörmət və etimada əsaslanan siyasi dialoq təşkil edir. Slovakiya Azərbaycanın suverenliyi və müstəqilliyinə daim hörmətlə yanaşır, beynəlxalq platformalarda balanslı mövqe nümayiş etdirir. Azərbaycan da Slovakiya ilə əlaqələri ikitərəfli münasibətlərin genişləndirilməsi üçün mühüm imkan kimi dəyərləndirir. Bu qarşılıqlı anlayış və siyasi sabitlik münasibətlərə səmimiyyət və dayanıqlıq qazandırır. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələrin ən mühüm sahələrindən biri enerji əməkdaşlığıdır. Azərbaycan qazının Slovakiyaya çatdırılması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olmaqla yanaşı, Slovakiyanın enerji mənbələrinin şaxələndirilməsinə real dəstək verir. Bu proses təkcə iqtisadi əhəmiyyət daşımır, həm də siyasi cəhətdən iki ölkə arasında etibarın nə qədər yüksək olduğunu nümayiş etdirir. Enerji sahəsində əməkdaşlıq həmçinin gələcəkdə bərpa olunan enerji, yeni texnoloji imkanlar və enerji tranziti istiqamətlərində birgə layihələr üçün geniş perspektivlər yaradır. İqtisadi əlaqələr də bu tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Slovakiyanın sənaye və texnoloji potensialı ilə Azərbaycanın maliyyə, enerji və logistika imkanlarının uzlaşdırılması qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusilə önə çıxır. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz layihəsi Slovakiya üçün Avropa ilə Asiya arasındakı ticarət axınlarına qoşulmaq baxımından böyük imkanlar açır. Bu həm ticarət həcminin artmasına, həm də regional iqtisadi inteqrasiya prosesinə töhfə verir. Müdafiə sənayesi və texnologiyalar sahəsində dialoqun genişlənməsi də münasibətlərin strateji xarakter aldığını təsdiqləyir. Slovakiyanın qabaqcıl texnoloji təcrübəsi ilə Azərbaycanın istehsal və investisiya imkanlarının birləşməsi region üçün önəmli olan bir sıra birgə layihələrin həyata keçirilməsinə imkan verə bilər. Bu əməkdaşlıq təkcə müdafiə sahəsini deyil, yüksək texnologiyalar, rəqəmsallaşma və innovasiya istiqamətlərini də əhatə etmək potensialına sahibdir. Bütün bu istiqamətlər göstərir ki, Slovakiya və Azərbaycan arasındakı münasibətlər hər iki ölkə üçün uzunmüddətli fayda təmin edən, qarşılıqlı etimada əsaslanan və çoxşaxəli əməkdaşlığa söykənən tərəfdaşlıq modelidir. Bu əlaqələr həm ikitərəfli səviyyədə, həm də regional və qlobal miqyasda yeni imkanların açılmasına xidmət edir. İki ölkənin dostluğa əsaslanan münasibətləri gələcəkdə daha geniş layihələr, iqtisadi inteqrasiya təşəbbüsləri və strateji qərarların həyata keçirilməsi üçün möhkəm baza yaradır.
Asim Rüstəm: Xocavənd rayon İcra Hakimiyyətinin Sosial-iqdisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini.
Xəbəri paylaş








































0772703001 