Xəbər lenti

Səxavət Qədirov sədr təyin edilib Fotolar

Tarix: 08-12-2025 18:19     Baxış: 875

YAP Goranboy rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

Mubarizciler.az xəbər verir ki, 08 dekabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının Statistika idarəsi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

 İlk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqda ərazi partiya təşkilatı sədrinin hesabatı dinlənildi. Hesabat dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi. Sonra çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi. Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. Sonra Samir Qocayev Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamə və Proqramın mahiyyətindən və ərazi partiya təşkilatının qarşısında duran mühüm vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra səsvermə yolu ilə təşkilata yenidən sədr və sədr müavini seçilib. Beləliklə, Statistika idarəsi ərazi partiya təşkilatında  Qədirov Səxavət Dilsuz oğlu sədr, Səlimov Faiq Fazil oğlu isə sədr müavini seçilib. Sonda YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev yeni seçilən tərkibi təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar