Xəbər lenti

Fuad Vəliyev sədr təyin edildi Fotolar

Tarix: 05-12-2025 23:05     Baxış: 1 491

YAP Goranboy rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

Mubarizciler.az xəbər verir ki,05 dekabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının Galib Group  MMC ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

 İlk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqda ərazi partiya təşkilatı sədrinin hesabatı dinlənildi. Hesabat dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi. Sonra çıxış edən YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş Nizamnamə və Proqramın mahiyyətindən və ərazi partiya təşkilatının qarşısında duran mühüm vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Daha sonra səsvermə yolu ilə təşkilata yenidən sədr və sədr müavini seçilib. Beləliklə, Galib Group MMC  ərazi partiya təşkilatında  Vəliyev Fuad Novruz oğlu sədr, Həsənov Anar Əfrasiyab oğlu isə sədr müavini seçilib.

Sonda YAP Goranboy rayon təşkilatının sədr müavini yeni seçilən tərkibi təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar