Xəbər lenti
18-11-2024, 12:06
 

Ürfət Həsənov: Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımdır 0

Tarix: 27-02-2023 02:05     Baxış: 1 348

Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımdır


1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Erməni faşistlərinin azərbaycan və türk xalqlarına qarşı törətdikləri qanlı hadisələrə tarixin səhifələrində çox rast gəlmək olar. Xocalı soyqırımı isə bu hadisələrin sırasında xüsusi qəddarlığı və amansızlığı ilə fərqlənir.

Erməni qəsbkarları Xocalıda misli görünməmiş soyqırımı həyata keçirərək qadınlara, qocalara və uşaqlara silah qaldıraraq onları vəhşicəsinə qətlə yetirdilər. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər məqsədi isə, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.

Xocalı cinayətinin dünyada soyqırım kimi tanınması istiqamətində aparılan işlərin nəticəsidir ki, bir sıra dövlətlərin qanunvericilik orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. ABŞ ın 30-dan çox ştatlarının qanunvericilik orqanları tərəfindən Xocalı hadisəsi soyqırım kimi tanınmışdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə "Xocalıya ədalət" kampaniyasına start verilmişdir. Görülmüş hərtərəfli işlər nəticəsində dünyada yüz minlərlə şəxs və 115 təşkilat bu kampaniyanın fəaliyyətini dəstəkləyir.

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bütün xalq Prezident İlham Əliyevin ətrafında sıx birləşdi, ordumuza dəstək oldu. Beləliklə Xocalı qurbanlarının, şəhidlərimizin qisası alındı. 

Ürfət Həsənov,

YAP Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar