Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Polis rəisi məktəblilərlə görüşdü - FOTO 0

Tarix: 18-02-2023 00:04     Baxış: 1 473

Daşkəsəndə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, rayonun 2 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

RPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb, şagirdlərə layiqli vətəndaş olmaları, daim vətəninin sabahını düşünən xeyirxahlığı özlərinə mayak seçmələri üçün dəyərli nəsihətlər verib. O, narkomaniya əlehinə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. O, bildirib ki, bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb.

Daha sonra tədbirdə digər məruzəçilər çıxış edərək şagirdlər üçün faydalı məlumatlar veriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar