Xəbər lenti

Rəşad Tağıyev vətəndaşların növbəti səyyar qəbulunu keçirib - Fotolar

Tarix: 25-07-2024 13:56     Baxış: 427

Sakinləri  narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin vətəndaşların növbəti səyyar qəbulu Tatarlı kəndində keçirildi.

Mubarizciler.az xəbər verir ki, qəbuldan öncə icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.

Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunub. Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar