Xəbər lenti
15-09-2026, 17:52
 

Səfir Ralf Horlemann Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla görüşüb - Fotolar

Tarix: 24-07-2024 23:02     Baxış: 1 631

Səfər çərçivəsində səfir Ralf Horlemann və qonaqlar Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla görüşüblər. 

Mubarizciler.az ın məlumatına görə, Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara bölgənin qədim tarixi barədə ətraflı məlumat verilib, rayonun turizm potensialı və inkişaf perspektivləri geniş müzakirə olunub. 

Sonra qonaqlar rayon ərazisində alman memarlıq üslubunda tikilmiş dəmiryol körpüləri, yaşayış binaları, bu bölgədə yaşamış almanların xatirəsinə həsr olunmuş qəbiristanlığı ziyarət edib, rayonun turizm potensialı zəngin olan ərazilərə ekskursiya ediblər.

Səfir Ralf Horlemann və qonaqlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, rayondan xoş təəssüratla ayrılıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar