Xəbər lenti
18-11-2024, 12:06
 

Anar Məmmədov: Dövlətimiz öz qüdrəti və siyasi iradəsi ilə dünyada yüksək nüfuza malikdir

Tarix: 24-07-2024 00:44     Baxış: 854

Prezident İlham Əliyevin cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı bir sıra qlobal məsələlərin həlli istiqamətində əhəmiyyət daşıyan, eləcə də regional təhlükəsizlik amillərini şərtləndirən məqamlarla yadda qaldı. Dövlətimizin başçısının bütün çıxışlarında olduğu kimi, 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı da qətiyyətli olmaqla yanaşı, həm də bir sıra dövlətlərə mesaj idi. Azərbaycanın istənilən məsələdə prinsipial mövqeyi və obyektiv yanaşması dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən müstəqil xarici siyasət kursunun təzahürü olmaqla yanaşı, həmçinin ədalətli davranışının göstəricisidir. 

Dövlətimiz öz qüdrəti və siyasi iradəsi ilə dünyada yüksək nüfuza malikdir. Bu beynəlxalq siyasi imic ölkə Prezidentinin müdrik və uzaqgörən siyasi kursu ilə yanaşı, eyni zamanda dərin diplomatik təcrübəsi və şəxsi nüfuzu ilə sıx bağlıdır. Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında əsas çağırışlarından biri də bu oldu ki, regionda və Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Prezident İlham Əliyevin forumun açı¬lış mərasimindəki nitqi bu baxımdan daha əlamətdardır. O, öz nitqində Azərbayca¬nın məruz qaldığı informasiya savaşı¬nı, dezinformasiya hücumunu nümunə göstərməklə dezinformasiya yaradıcıları¬nın niyyət və metodları barədə bilgi verdi. 2020-ci ildə baş vermiş II Qarabağ sava¬şı zamanı, həmçinin, 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilmiş anti-terror əməliyyatları zamanı aparıcı dövlətlərin informasiya müstəvisində yol verdikləri manipulyasiyalar barədə konkret misallar göstərməklə, dezinformasiya yayıcıları¬nın hansı mexanizmlərdən faydalandıq¬ları barədə aydın təsəvvür formalaşdırdı. 

Prezident vurğuladı ki, ölkəmiz uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olub. Erməni diasporunun səfərbər olunması, ermə-nipərəst siyasətçilərin, media nümayən¬dələrinin Azərbaycana qarşı hücum etmələri, yanlış narrativlər yaymaları ölkəmizin reallıqdan çox uzaq bir şəkildə təqdim olunması ilə nəticələnib. Bu məqamda Prezident natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatların daha çox Qərb ölkələrindən qaynaqlandığını diqqətə çatdırdı. 

Prezident İlham Əliyev öz çıxışında onu da vurğuladı ki, bu gün Azərbaycanın daxil olduğu regionda – Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişik-liklər baş verir. Ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gə¬lir. Bu tarixi gedişata müdaxilə etmək, pro¬sesi öz maraqlarına uyğun şəkildə dəyiş¬mək istəyən güc mərkəzləri vardır. Belə mərkəzlər dezinformasiya yaymaqla ha¬disələrin təbii gedişatını dəyişmək istəyir¬lər. Cənubi Qafqazda müharibədən qalib çıxmış, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycanın olduğunu deyən ölkə başçısı Azərbaycanın öz ərazisini və siyasətini kə¬nar müdaxilələrdən qorumaq gücündə olduğunu da forum iştirakçılarının nəzərinə çatdırdı. Beləliklə, forumda Azərbaycan reallıqları, atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər, eləcə də Azərbaycanda keçiriləcək COP29-un məhz həmrəylik tədbiri olması ölkəmizin növbəti uğuru oldu.


Anar Məmmədov,

VI çağırış Milli Məclisin deputatı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar