23 iyun dövlət qulluqcularının peşə bayramı günüdür
2024-cü il yanvarın 1-nə Samux rayonunda dövlət qulluqçularının sayı 131 nəfər olmuşdur ki, onların da 27 nəfərini qadınlar təşkil edir. Dövlət qulluqçularının 3 nəfər dövlət orqanlarında inzibati vəzifələrin 4-cü təsnifatı, 1 nəfəri 5-ci təsnifatı, 7 nəfəri 6-cı təsnifatı, 105 nəfər 7-ci təsnifatı, 15 nəfər isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.
Dövlət qulluqçularının 5 nəfəri 1 ilədək, 24 nəfəri 1 ildən 5 ilədək, 37 nəfəri 5 ildən 10 ilədək, 30 nəfəri 10 ildən 15 ilədək, 33 nəfəri isə 15 il və daha çox qulluq stajına malikdir.
2023-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1352,6 manat təşkil edir, bu da əvvəlki ilə nisbətən 6,7 faiz çox olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli, 1476 saylı sərəncamı ilə 23 iyun dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.
Bu münasibətlə bütün dövlət qulluqçularını təbrik edirik onlara işlərində uğurlar arzulayırıq.
Samux Rayon Statistika İdarəsi
Xəbəri paylaş