Xəbər lenti

Yevlaxda güclü yağış və küləyin yaratdığı fəsadlar aradan qaldırılır - Fotolar

Tarix: 09-06-2024 23:08     Baxış: 868

08.06.2024-cü il tarixdə ölkədə havaların kəskin dəyişməsi ilə əlaqədar Yevlax rayonu ərazisində 21 m/saniyə surətində qərb küləyi əsməsi, çox güclü intensivliyə malik leysan xarakterli yağış yağması nəticəsində rayonun elektrik və su təsərrüfatına ciddi ziyan dəymişdir. Belə ki, işıq dirəkləri aşmış, kabellər zədələnmiş, rayonun elektrik enerjisi ilə təminatında fasilələr yaranmışdır. Kanalizasiya xətləri su axınını çatdırmadığından yağıntılar küçələrdə və prospektlərdə yığılmış, gölməçələr yaranmışdır.

Mubarizciler.az xəbər verir ki, Bununla əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin, Şəhər Fövqəladə Hallar Komissiyasının operativ reaksiyası nəticəsində ərazilərə Mənzil Kommunal Təsərrüfatı Birliyinin canlı qüvvəsi və texnikaları, aidiyyəti xidmət sahələrinin işçiləri cəlb olunmuşdur. Qırılaraq aşmış ağaclar ərazidən daşınmış, digər işlər həyata keçirilmişdir.

Yaranmış fövqəlada vəziyyətin qarşısının alınması üçün kommunal xidmət sahələri ilə yanaşı şəhər sakinləri də xüsusi əzmkarlıq nümayiş etdirirlər. Belə ki, sakinlərin şəhərimizə olan sevgilərinin göstəricisi olaraq öz yaşadıqları ərazilərdə görülən işlərlə əlaqədar aidiyyəti qurumlara yaxından köməklik göstərməsi nəticəsində yağışın və küləyin fəsadları qısa müddətdə aradan qaldırılır.Hazırda elektrik təsərrüfatının bərpası istiqamətində, həmçinin küçələrə, prospektlərə və sakinlərin evlərinə dolmuş sel suları nasoslar vasitəsilə kənarlaşdırılması istiqamətində işlər davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar