Xəbər lenti
18-11-2024, 12:06
 

Vahid Əliyev: Strateji tərafdaşlıq

Tarix: 29-05-2024 20:05     Baxış: 1 029

 Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında olduqca uğurlu daxili  və xarici siyasət həyata keçirilir.Respubilkamızda əldə olunmuş uğurlar cənab Prezidentin İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində mümkün olmuşdur. Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan böyük uğurlara imza atmışdır, bütün sahələrdə yüksək nəticələrə nail olunmuşdur. Heç bir sahə ölkə Prezidentinin diqqətindən kənarda qalmamış, bütün sahələrə paralel şəkildə diqqət göstərmişdir. Daxili və xarici siyasət Azərbaycanın dövlət maraqlarına uyğun olaraq qarşılıqlı əlaqədə inkişaf edirilmişdir. İqtisadiyyatın gücləndirilməsi hesabına daxildə hərtərəfli inkişaf təmin edilmiş  və eyni zamanda beynəlxalq əlaqələr daha da genişləndirilmişdir. Azərbaycan dünyanın nadir dövlətlərindən biridi ki, heç bir siyasi və hərbi bloka üstünlük vermədən və bu bloklara daxil olan dövlətlərlə bəlli məsafə saxlamaq şərti ilə Azərbaycanın dövlət maraqlarına xidmət edən beynəlxalq əlaqələr qurmağı bacarmışdır. Dünyanın bütün güc mərkəzləri Azərbaycanın yeritdiyi tam müstəqil siyasətlə razılaşır və qəbullanmaq məcburiyyətindədilrlər.Çünki Azərbaycan artıq regionun mübahisəsiz lider dövlətidir.Regionda Azərbaycanın iradəsindən kənar  heç bir lahiyyə icra edilə, reallşadırıla bilməz.  Biz zamanlar var idi ki, Azərbaycan  dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla əlaqə qurmağa səylər edirdi. Lakin cənab Prezident İlham Əliyevin apardığı ardıcıl və qədiyyətli siyasət sayəsində dünya dövlətləri Azərbaycanla əlaqlər qurmağa özləri maraq göstərir. Son illərdə Azərbaycana edilən dövlət başçılarının, yüksək vəzifəli  dövlə məmurlarının çoxsaylı səfərləri yuxarıda qeyd edilənlərin təsdiqidir. Son iki ay müdddətində Mərkəzi Asiya respubilkalarının hər birinin dövlət başçılarının Azərbaycana edilən səfəri bir daha təsdiq edir ki, Azərbaycan Şərqlə-Qərbi birləşdirən ən etibarlı körpü, kommunikasiya qovuşağıdır. Tacikistan Respubilkasının Prezidenti Emonəli Rəhmonun Azərbaycana rəsmi səfər ilə Mərkəzi Asiya respubilkalarının dövlət başçılarının səfərləri tamamlamış Tacikistan Respubilkası Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti ondadır ki, digər Mərkəzi Asiya respubilkaları Türk Dövlətləri Təşkilatında təmsil olunmur.Tacikistan isə bu təşkilata daxil deyil .Bu bir daha təsdiq edir ki, Azərbaycan bütün dövlətlərlə əməkdaşlıqına maraqlıdır. 

   Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev mətbuata birgə bəyənatı zamanı bildirmişdir: “Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik.

İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər.

  Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.

    Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.

   Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir.”.

 Azərbaycan beynəlxalq əlaqələrinin genişlənməsi dünya miqyasında dövlətimizin nüfuzunu artırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin yüksəldilməsinə əlavə töhvələr verməldədir. Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan dünyanın nəqliyyat qovuşaqlarından birinə çevrilmişdir. 


Vahid Əliyev 

YAP Xocalı rayon təşkilatının sədri



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar