Xəbər lenti
Bu gün, 19:50
 
18-11-2024, 12:06
 

Goranboylu General dünyasını dəyişib - FOTO

Tarix: 29-05-2024 19:02     Baxış: 3 451

Dadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D. Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilir. İkinci kursda taqım komandirinin müavini təyin edilir. "Qızıl Ulduz" ordeni ilə təltif olunur. Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş müəllim polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir. D. Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb.[mənbə göstərin] Azərbaycan hökumətinin çağırışı ilə D. Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışır. Və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olur. Elə həmin illərdə Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olur. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunur. Birinci ordu korpusunun komandiri olan Rzayevin Başkəndi ermənilərdən almaq qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq belə istəyirdilər. Avqustun 8-də ermənilərin əsas mövqelərini vurub hücuma keçirlər. Qısa müddət ərzində həyata keçirilən döyüş əməliyyatları nəticəsində Başkənd ermənilərdən alınır. Başkənd əməliyyatından sonra etiraz etməyinə baxmayaraq, müdafiə naziri təyin edilir. Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edilmişdir.

Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib.

21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.28 may 2024 cü ildə uzun sürən xəsdəlikdən sonra vəfat edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar