Xəbər lenti
Dünən, 22:37
 

Goranboy-Naftalan təhsilində uğurlu addımlar

Tarix: 28-05-2024 00:22     Baxış: 4 011

Bu gün Goranboy rayon Səmədabad sakini, dəyərli ziyalı, Goranboy və Naftalan Təhsilinin inkişafına çalışan, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Sakit oğlu Məmmədovun doğum günüdür.

Xəyal Məmmədov gənc olmağına baxmayaraq savadlı və bacarıqlı eyni zamanda üzərinə düşən vəzifəsini şərəflə icra edən, dövlətinə sadiq, rəhbərinin etimadını doğruldan ziyalıdır.

Xəyal Məmmədov çalışdığı müddətdə müqəddəs ailələr olan Şəhid və Qazi ailələrinə hörmətlə yanaşmış, onların etdikləri müraciətlərə dərhal reaksiya verərək iş ilə təmin edilmələrini həyata keçirmişdir. Bununla yanaşı imtiyazlı və ailə başçısını itirmiş nümayəndələrində müraciətlərini qəbul edərək səlahiyyətləri çərçivəsində köməkliyini əsirgəməmişdir.

Xəyal Məmmədovun Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna rəhbərlik etdiyi gündən bu günə qədər Goranboy Təhsilinin uğurlarıda öz əksini tapmışdır.

Şagirdlərin mükəmməl təhsilə sahib olmalarında rəhbər olaraq ciddi şəkildə öz tövsiyyə və tapşırıqlarını vermişdir. Bunların bariz nümunəsidir ki, lX sinif buraxılış imtahanının nəticələrinə əsasən Goranboy rayon üzrə orta bal ötən il ilə müqayisədə 90 baldan artaraq 98 bal olmuşdur və  8 bal artım var. XI sinif buraxılış imtahanının nəticələrinə əsasən Goranboy rayon üzrə orta bal ötən il ilə müqayisədə 88 baldan artaraq 106 bal olmuşdur, +18 bal artım var. Goranboy rayon məktəbliləri 2024-cü ildə Respublika Fənn Olimpiadasından 1Qızıl medal, 1 Bürünc medala layiq görülmüşdür. Goranboy tarixində bir ilk Fənn müsabiqəsinin rayon (şəhər) mərhələsinin 2023-2024-cü tədris ili üzrə artım sayı 20 nəfər, Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsində Goranboy məktəblisi qalib gələrək "Qızıl Medala"  layiq görülüb. XI sinif buraxılış imtahanının nəticələrinə əsasən Naftalan şəhər üzrə orta bal ötən il ilə müqayisədə 114 baldan artaraq 124 bal olmuşdur, 10 bal artım var. Naftalan IX sinif 104 baldan qalxaraq 119 bal olub.

Bu göstəricilər Goranboy və Naftalan Təhsilinin inkşafı və gələcək uğurlarından xəbər verir.

Hörmətli Xəyal müəllim Sizi Mubarizciler.az xəbər portalının kollektivi adından doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək işlərinizdə uğurlar diləyirik.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar