Xəbər lenti

İmişlidə 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib - Fotolar

Tarix: 27-05-2024 13:19     Baxış: 1 477

 Mayın 27-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib. 

Mubarizciler.az xəbər verir ki,  Dəyirmi masada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsini adını daşıdığı istirahət parkında ziyarət edib, önünə gül dəstələri düzüblər.

  Dövlət Himni səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan icra başçısı iştirakçıları salamlayıb, səmimi ürək sözlərini çatdırıb, tədbirin əhəmiyyətini vurğulayıb.

 Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində yaxın keçmişdə görülən işlərdən ətraflı danışıb. Qeyd edib ki, çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirildiyini diqqətə çatdırıb. Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan bəhs ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar