Xəbər lenti

Millət vəkili Goranboyda vətəndaşları qəbul edib

Tarix: 27-05-2024 13:05     Baxış: 1 666

Millət vəkili Anar Məmmədov Goranboy rayonu Nadirkənd kəndində vətəndaşları qəbul edib.

Mubarizciler.az xəbər verir ki, qəbulda vətəndaşların müraciəti dinlənilib, şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, ev təmirinə köməklik, sosial yardım, su çəkilişi, sahibkarlıq və həyətyanı sahə üçün torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin tikintisi üçün icazə və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri millət vəkili tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar