Xəbər lenti
26-09-2026, 12:29
 

Qarabağ mükafatlandırıldı - FOTOLAR

Tarix: 27-05-2024 01:26     Baxış: 1 582

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünə yekun vurulub.

Mubarizciler.az xəbər verir ki, “Azersun Arena”da baş tutan sonuncu – XXXVI turun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan sonra mövsümün qalibinin mükafatlandırma mərasimi keçirilib.

11-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın prezidenti Rövşən Nəcəf və digər rəsmi şəxslər veriblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" Çempionlar Liqasına, "Zirə" ikinci sırada qərarlaşaraq Avropa Liqasına vəsiqə qazanıb. "Sabah" üçüncü, "Sumqayıt" isə dördüncü yeri tutaraq Konfrans Liqasında mübarizə aparacaqlar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar