Xəbər lenti
Bu gün, 19:50
 
18-11-2024, 12:06
 

Vəkil Əziz Qənbərov Polis rəisinə müraciət ünvanlayıb

Tarix: 26-05-2024 11:55     Baxış: 1 029

Əziz Qənbərov polis rəisinə öz şəxsi sosial şəbəkəsi vasitəsilə müraciət ünvanlayıb.

Mubarizciler.az müraciəti olduğu kimi təqdim edir.

Kəlbəcər rayon Polis Şöbəsinin rəisi cənab Haqverdi Əkbərova

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, VƏKİL Əziz Qənbərov tərəfindən 

+994 50 271 21 21


MÜRACİƏT


Hörmətli Haqverdi müəllim!


Dövlətimizin cinayətkarlıqla mübarizədə ön sırasında dayanan Polislərimiz dövlətimizin onurğa sütunudur desək yanılmarıq. Siz rayonumuzun Polis İdarəsinə rəhbərlik etdiyiniz dövrdə əhalimizin, cənab Prezidentimizin və cənab Nazirin etimadını doğruldan məmur kimi hər bir Kəlbəcərlinin dərin hörmətiniz qazanmısınız. Ona görə də mən Sizə dərin təşəkkür etməklə bərabər Sizə daima uğurlar arzulayıram. 


Hörmətli Haqverdi müəllim!

Rayonumuz işğaldan azad edildikdən sonra rayon ərazisində sabitliyin möhkəmlənməsində Sizin xüsusi əməyinizin olduğunu nəzərə alaraq bir məsələ ilə bağlı Sizə müraciət etmək qərarına gəldim. Belə ki, cənab Prezidentimizin xalqımızın hər bir kəsiminə ayırdığı xüsusi diqqət və qayğı ilə bərabər fermerlərə də yaratdığı şəraitlə bağlı Azərbaycanımızın fermerləri Kəlbəcər yaylaqlarına köçə başlamışdır. Bu köç başlayanadək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi böyük əmək sərf edib Fermerlərimizin yaylağa köç etməsi ilə bağlı bütün lazımi tədbirləri görmüşdür. Hər bir fermerə təsərüffatının sayına uyğun olaraq örüş sahəsi konkret sərhədlər və kordinatlarla müəyyən edilərək fermerlərə xəritələr təqdim edilmişdir. Bu il keçən illərə nisbətən daha çox fermer yaylağa köç etməsi gözlənildiyini nəzərə alaraq fermerlərin kortəbbi şəkildə yerləşməsinə cəhd edilməsi gözləniləndir. Artıq müddət daraldıqca bəzi fermerlərin emosiyaları da gərilməyə başlamışdır ki, bu da real münaqişə mənbəyidir. Lakin mən əminəm ki, Sizin rəhbərliyinizlə qorxduğumuzun başımıza gəlmə ehtimalı azdır. 

Buna baxmayaraq yenə də fermerlərlə daima əlaqədə olan şəxs olaraq  narahatçılığımı Sizinlə bölüşərək xahiş edirəm ki, bu məsələni öz şəxsi nəzarətinizə götürərək hər bir fermerin öz yerinə düşməsi üçün köməkliyinizi əsirgəməyəsiniz.  

Çünki bəzi fermerlər SSRİ dövründə olan kolxoz sovxoz varisçiliyi ilə hərəkət etmək niyyətindədirlər. Artıq Dövlətimiz Müstəqil olub və bütün sənədləşmələr müasir elm və texnikanın köməkliyi ilə tam nəzarətə götürülə bilibdir. 


Əvvəlcədən təşəkkürümü bildirirəm. 

Hörmətlə!

Əziz Qənbərov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar