Xəbər lenti

Anar Tağıyev Emin Kazımovun ailəsini ziyarət etmişdir - FOTO

Tarix: 25-05-2024 15:28     Baxış: 1 260

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Emin Kazımovun ailəsini ziyarət etmişdir.

Mubarizciler.az xəbər verir ki,  Yevlax Şəhər İcra  Hakimiyyətinin Başçısı Anar Tağıyev Yevlax Şəhər sakini 44 günlük Vətən müharibəsi şəhidi “Vətən uğrunda” ,"Laçının azad olunmasına görə", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Kazımov Emin Fərman oğlunun ailəsini yaşadıqları evdə ziyarət etmiş, şəhidin atası Fərman Kazımovla görüşüb, ailənin qayğıları ilə maraqlanmışdır 

Ziyarət zamanı şəhid Emin Kazımovun şərəfli döyüş yoluna nəzər salınmış, qeyd edilmişdir ki, Eminin simasında şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur. 

Görüşün sonunda Şəhidin atası Fərman Kazımov özünün simasında bütün şəhid ailələrinə göstərilən diqqət,qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar