Xəbər lenti

MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanlarının rəhbərlərinin iclası keçirildi - Fotolar

Tarix: 25-05-2024 13:04     Baxış: 1 456

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib.

Mubarizciler.az Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev iştirak edib.

Beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması və ölkələrin hüdudlarından kənarda döyüş hazırlığı keçməklə cinayətkar qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyən olunaraq fəaliyyətlərinin qarşısının alınması iclasın gündəliyində duran əsas məsələlərdən olub. Tədbirdə dünyanın geosiyasi müstəvisində müşayiət olunan gərginliklər, mürəkkəb və ziddiyyətli proseslər fonunda beynəlxalq təhlükəsizlik sisteminin yeni təhdidlərlə üz-üzə qaldığı, terror riskinin dəfələrlə artdığı və kibercinayətkarlıq hallarının daha intensiv xarakter aldığı xüsusi vurğulanıb. 

Yuxarıda sadalananlarla bərabər, MDB məkanında müəyyən maraqları olan qüvvələrin kəşfiyyat-pozuculuq fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı kimi ciddi narahatlıq doğuran mənfi təzahürlərə qarşı səylərin birləşdirilməsinin və mövcud imkanları səfərbər etməklə birgə effektiv mübarizənin aparılmasının zəruriliyinə də toxunulub.

Tədbirdə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı çıxışlar edilib, ətraflı müzakirələr aparılıb, gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar