Xəbər lenti
Dünən, 22:37
 

Şəhid Hacıyev Firuddin Nadir oğlu torpağa tapşırıldı - Fotolar

Tarix: 24-05-2024 21:04     Baxış: 770

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Hacıyev Firuddin Nadir oğlu torpağa tapşırılıb.

Mubarizciler.az xəbər verir ki,  24 may 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Hacıyev Firuddin Nadir oğlu Göyçay rayonunun İnçə kəndində dəfn edilib.

Şəhidin vida mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və əlilləri, rayon sakinləri iştirak ediblər.

Şəhid Hacıyev Firuddin Nadir oğlunun nəşi Göyçayda izdihamla qarşılanıb, ailəsinin yaşadığı İnçə kəndinə gətirilib. Şəhidin ailəsinin yaşadığı evdə cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Cənazə namazından sonra Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında şəhid Göyçay rayonunun İnçə kənd qəbiristanlığında torpağa tapşırılıb, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, məzarı üstünə əklil və gül dəstələri düzülüb.

Sonra şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin qardaşına təqdim edib.

Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, bu gün dəfn olunan şəhidlərimizin hər üçünün nəşi Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib.  30 ildir ki, şəhidlərin ailə üzvləri yaxınları ilə yanaşı, rayon sakinlərinin də gözləri yoldadır. Torpaq uğrunda canından keçən soydaşlarımızın xatirələrini daim əziz tutan dövlətimizin şəhidlərimizə göstərdiyi ən böyük diqqət və qayğının bariz təzahürüdür ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq itkin düşmüş hesab olunanların nəşlərinin tanınması və ailələrinə təhvil verilməsi istiqamətində işlər aparılır. 

Qeyd edək ki, şəhid Hacıyev Firuddin Nadir oğlu 18 may 1972-ci ildə Göyçay rayonunun İnçə kəndində anadan olmuşdur. 26 dekabr 1992-ci ildə səfərbərlik üzrə xidmətə cəlb edilərək Azərbaycan ordusunda hərbi xidmətə çağrılmış, 14 aprel 1994-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Göyçay rayon  Məhkəməsi tərəfindən  2009-cu ildə şəhidlik status verilməsi haqqında qərar qəbul edilmişdir. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar