Xəbər lenti

Goranboyda "28 May-Müstəqillik Günü" münasibəti ilə "Müstəqilliyimiz Əbədidir!" adlı görüş keçirildi - Fotolar

Tarix: 24-05-2024 20:47     Baxış: 1 274

 24 may 2024-cü il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy Gənclər Evi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "28 May-Müstəqillik Günü" münasibəti ilə "Müstəqilliyimiz Əbədidir!" adlı gənclərlə görüş keçirildi.

Mubarizciler.az xəbər verir ki, Tədbir Ümummilli Lider Heydər Əliyev və vətən uğurunda canları fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

Çıxış edən natiqlər  Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən, xalqımızın qədim dövlətçilik ənənələrindən, müstəqilliyin qorunub saxlanmasının onu qazanmaqdan daha çətin olmağından, ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qorunub saxlanılması üçün görülən işlərdən söz açaraq, Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti ilə möhkəmlənən və bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən düzgün siyasət sayəsində dünyada tanınan dövlətimizin müstəqilliyinin əbədi olduğuna inamlarını bildirdilər.

Goranboy Gənclər Evinin akt zalında təşkil edilmiş görüşdə 46 nəfər gənc iştirak etdi. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar