Xəbər lenti
Dünən, 22:37
 

İmişlidə bir qrup rayon ağsaqqalları ilə görüş keçirilib - Fotolar

Tarix: 24-05-2024 17:02     Baxış: 567

İmişli rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə rayonun bir qrup ağsaqqalları ilə görüş keçirilib.

Mubarizciler.az xatırladır ki, İlk olaraq Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Görüşdə əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin rayon ictimaiyyətinə təbliği olmuşdur.

Görüşü giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan bəhs edib və ağsaqqallara, eləcə də zəngin həyat və iş təcrübəsinə malik olan ziyalılara daim ehtiyac olduğunu bildirib. Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin gördüyü təqdirəlayiq işlərdən söz açıb. Bildirib ki, qısa müddətdə təşkilatın işinin müasir çağırışlara uyğun yenidən təşkil olunması və nəticədə qurumun fəaliyyətində nəzərəçarpacaq canlanmanın yaranması, 77 şəhər və rayon Ağsaqqallar Şurasının öz işlərini yüksək səviyyədə qurması, Şuranın beynəlxalq əlaqələrinin genişləndirilməsi, xüsusilə də Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaxından iştirak etməsi və əldə olunan bir sıra digər nailiyyətlər onun adı ilə bağlıdır. Natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb.

İmişli rayon Ağsaqqallar Şurasının sədr müavini Davud Zülfüqarov çıxış edərək ağsaqqallıq missiyasının hər bir ağsaqqal üçün həm şərəf, həm ağır bir mənəvi yük, həm də dövlət və cəmiyyət qarşısında məsuliyyətli bir iş olduğunu qeyd edib.

Digər çıxış edənlər əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə ağsaqqallar adından minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər.

Görüşdən sonra rayon Ağsaqqallar Şurasının dəstəyi ilə nahar süfrəsi açılmışdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar