Xəbər lenti
8-05-2026, 14:49
 

Goranboyda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli ofisi - “KOB dostu” fəaliyyətə başladı - Fotolar

Tarix: 23-05-2024 17:14     Baxış: 2 002

Goranboy şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli ofisi - “KOB dostu”    fəaliyyətə başladı. 

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev və KOBİA  İdarə heyətinin sədri Orxan Məmmədov əvvəlcə, Goranboy şəhər Olimpiya İdman Kompleksində  bir qrup sahibkar və fermerlərlə  görüşdülər.

 Görüşdə, kiçik  və orta biznesin inkişafı sahəsində mövcud problem və təkliflər dinlənildi, bu istiqamətdə qarşılıqlı müzakirələr aparıldı, sahibkar və fermerlərin  sualları cavablandırıldı. 

Sonra, Goranboy rayonunda fəaliyyət göstərən iri istehsal müəssisəsi olan “G Group” MMC-nin fəaliyyəti ilə  və yeni fəaliyyətə başlayan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli ofisi - “KOB dostu”    ofisində  mövcud  şəraitlə yerində tanış oldular.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar