Xəbər lenti

Üç şəhidimizin qalıqları Gəncədən Şabrana gətirilib dəfn olundu - Fotolar

Tarix: 23-05-2024 16:59     Baxış: 1 512

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş 3 şəhidin qalıqları müəyyən edilərək Şabranda dəfn olunub.

Mubarizciler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunlar Mirzəyev Rahib Ağaseyid oğlu, Şaxayev Cəlil İsa oğlu və Əmrullayev Rza Qəzənfər oğludur.

Şəhidlərin nəşi Şabran şəhərində ailələrinə təhvil verilib. Onlarla doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.

Hər üç şəhid Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, şəhid R. Mirzəyev 1971-ci il sentyabrın 2-də Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Şəhid C. Şaxayev 1973-ci il dekabrın 30-da Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Digər şəhid R. Əmrullayev isə 1961-ci martın 4-də Şabran rayonunun Ləcədi kəndində anadan olub. O, 1994-cü il fevralın 18-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşüb.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar