Xəbər lenti
18-11-2024, 12:06
 

Daşkəsəndə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici tədbir keçirilib - Fotolar

Tarix: 23-05-2024 10:45     Baxış: 938

Mayın 22-də Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın 6.2-ci və 6.9-cu bəndlərinin icrası ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə maarifləndirici görüş keçirilib.

Mubarozciler.az xəbər verir ki,  Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, Rayon Prokurorluğunun müstəntiqi Məhəmmədəli Hüseynli, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Maarifləndirici görüşdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin əhəmiyyətindən danışılıb, müvafiq normativ-hüquqi sənədlərin tələbləri diqqətə çatdırılıb. Eyni zamanda ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulanıb.

Sonda suallar cavablandırılıb, maarifləndirici materiallar paylanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar