Xəbər lenti
18-11-2024, 12:06
 

Bariz Allahverdiyev: İran - Azərbaycan əlaqələri. Dostluğumuz möhkəmlənir, əməkdaşlığımız genişlənir

Tarix: 23-05-2024 01:55     Baxış: 945

Azərbaycanla tarixən qonşu olan  ölkələrdən biri də İran dövlətidir. 18-ci əsrdən 20-ci əsrə qədər Qacarlar Türk sülaləsi tərəfindən idarə edilən İran dövləti  1935 - ci ildən etibarən rəsmi mənbələrdə İran adlandırılmağa başlamışdır .İran Azərbaycanla qonşu olmaqla yanaşı həm də dünyada Azərbaycanlıların ən çox yaşadığı ölkədir. İran və Azərbaycan xalqları tarixən dostluq və mehribançılıq şəraitində yaşamış, zamanın sınaqlarına birgə sinə gərmişlər. Müasir dövrdə də İran - Azərbaycan dostluğu və əməkdaşlığı yüksək səviyyədə uğurla davam etdirilir. Azərbaycanın cənub qonşusu olan İran Azərbaycan əlaqələri müstəqilliyimizin bərpasından sonra yeni mərhələyə qədəm qoymuş qonşuluq münasibətləri, qarşılıqlı əməkdaşlıqımız daha da möhkəmlənmişdir. Azərbaycan - İran xalqlarının dostluğu və əməkdaşlığı istiqamətində növbəti mühüm addım 2024-cü il may ayının 19-da atılmış, belə ki Azərbaycan və İran prezidentləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimində iştirak etmişlər. Açılış mərasimində Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev çıxış edərək İran və Azərbaycan xalqlarının dostluğu və qardaşlığı haqqında məlumat vermiş,İran - Azərbaycan münasibətlərindəki bir çox mühüm məqamları diqqətə çatdırmışdır İndi də cənab prezidentin çıxışından bəzi məqamları diqqət yetirək."Qız Qalası" hidroqovşağının açılışı və"Xudafərin" hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihələrin reallaşdırılması dostluğumuzun növbəti təzahürüdür. Cənub prezident bildirmişdir ki əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb - yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Həmçinin cənab prezident çıxışında Azərbaycan və İran prezidentlərinin tarixində ilk dəfə sərhəddə görüşdüklərini, bu sərhəddin dostluq və qardaşlıq sərhəddi olduğunu, bölgənin təhlükəsizliyi üçün İran - Azərbaycan dostluğunun önəmli amil olduğunu bildirmiş, beynəlxalq təşkilatların fəaliyyətində də bir - birimizi, xüsüsən Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT - də dəstəklədiyimizi,öz niyyətimizi ifadə etdiyimizi qeyd etmişdir. Beləliklə Azərbaycan - İran münasibətlərindəki mühüm əməkdaşlıq hər iki dövlətin iqtisadi, siyasi, ticari əlaqələrinə böyük töhfə olub həm  də hər iki dövlətin tarixi dostluq əlaqələrinin əyani sübutudur.


YAP Quba rayon Qaraçay ərazi partiya təşkilatının sədri, tarix müəllimi Bariz Allahverdiyev.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar