Xəbər lenti
Bu gün, 19:50
 
18-11-2024, 12:06
 

Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev torpağa tapşırılıb - Fotolar

Tarix: 22-05-2024 19:34     Baxış: 938

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əliyev Ədalət Veysəl oğlu Tərtərdə dəfn edilib. Ədalət naməlum şəhid kimi Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.

Mubarizciler.az xəbər verir ki,  Tərtər şəhərindəki Şəhidlər abidə kompleksində Kəlbəcər və Tərtər Rayon İcra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, şəhidlərin ailə üzvlərinin, qazilərin, veteranların, idarə, müəssisə, təşkilat kollektivlərinin, təhsil, səhiyyə, mədəniyyət işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.

Vida mərasimində Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub. 

Sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyiblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar. 

Cənazə namazından sonra şəhid Tərtər şəhər məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Əliyev Ədalət Veysəl oğlu Kəlbəcər rayon, Çorman kənd sakinidir və  Birinci Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin fevralında Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşmüş hesab olunurdu.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar