Xəbər lenti

Goranboyda buraxılış imtahanında və olimpiadalarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırıldı - Fotolar

Tarix: 22-05-2024 12:18     Baxış: 4 263

Goranboyda buraxılış imtahanında və olimpiadalarda yüksək nəticə göstərən şagirdlərlə  görüş təşkil olundu. 

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX siniflər üzrə buraxılış imtahanında: Aşağı Ağcakənd qəsəbə tam orta məktəbindən - Xəlilzadə Turan Rac oğlu (275 bal), Goranboy şəhər 2 nömrəli tam orta məktəbindən - Quliyev Əli Elman oğlu (274 bal) və Goranboy şəhər 3 nömrəli tam orta məktəbindən -  Məmmədova Aynur Saday qızı (272 bal) yüksək nəticələr göstərmişlər.  Alpout kənd tam orta məktəbin 4-cü sinif şagirdi Şəfizadə Türkay Hamlet qızı Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində və Səmədabad kənd tam orta məktəbinin 2-ci sinif şagirdi Nəsirov İsmayıl Namiq oğlu məktəblilər arasında keçirilən KİNGS Liqasında yüksək nəticələr  göstərərək qızıl medallar qazanmışlar. 

Mubarizciler.az xatırladır ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev qalib şagirdlərimizlə, onların valideynləri və müəllimləri ilə görüşdü, nailiyyətləri ilə bağlı təbrik edərək şagirdlərimizə  rayon İcra Hakimiyyəti  Başçısının Fəxri Fərman və qiymətli hədiyyələrini təqdim etdi.

Şagirdlərimizi təbrik edir və daha  böyük nailiyyətlər  arzulayırıq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar