Goranboyda Təhsil müəssisələrində yoxlama və monitorinq keçirilib - Fotolar
Təhsil müəssisələrində yoxlama və monitorinqlər davam etdirilir.Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru tərəfindən bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər həyata keçirilir.
Mubarizciler.az xəbər verir ki, 20 may 2024-cü il tarixdə Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə Sektor müdiri Xəyal Məmmədovun və sektor əməkdaşlarının iştirakı ilə monitorinq keçirilib.
Yoxlama və monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlər ilə bağlıdır.
Qeyd edək ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdirilir.
Xəbəri paylaş