Xəbər lenti
Dünən, 22:37
 

İmişli rayon Ağsaqqallar Şurasının iclası keçirilib - Fotolar

Tarix: 20-05-2024 14:13     Baxış: 1 001

İmişli rayonunda İmişli rayon Ağsaqqallar Şurasının iclası baş tutub. İclası giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, Azərbaycan Ağsaqqallar Şurası hər zaman ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək Vətənimizin tərəqqisi naminə böyük səylər göstərir. Sıralarında respublikamızın müdrik ağsaqqallarını, o cümlədən dəyərli ziyalılarımızı birləşdirən Şura Azərbaycanın sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr verir. Ağsaqqallar bu gün Azərbaycan cəmiyyətində təkcə gənc nəslin tərbiyəsində, milli mənəvi dəyərlər sisteminin formalaşdırılmasında və qorunmasında deyil, eyni zamanda, ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşməsində də yaxından iştirak edirlər. Mən əminəm ki, biz Ağsaqqallar gələcəkdə də bu sahədə fəaliyyətimizi səylə davam etdirəcəyik. 

Çıxış edən rayon Ağsaqqallar Şurasının sədr müavini Səfa Ağayev Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açaraq Onun ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi qiymətli fikrinin hər birimiz üçün örnək olduğunu söyləyib. Ölkəmizdə ağsaqqallara olan qayğının bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini bildirib. Ölkə başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib.

Sonra təşkilati məsələlər müzakirəyə çıxarılıb. İmişli rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zaidov İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə üzv seçilib. Daha sonra rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinə döş nişanları təqdim olunub.
Tədbirin sonunda İdarə Heyətinin üzvləri ilə birgə xatirə şəkli çəkilib.

(Mubarizciler.az)




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar