Xəbər lenti
11-02-2025, 14:06
 

İcra Başçısı Qazanbulaq qəsəbəsində inşa edilən “Konstralab İndustries” QSC-nə məxsus astar və üzlük gips məmulatları zavodunun tikinti işləri ilə yerində tanış oldu - Fotolar

Tarix: 20-05-2024 10:47     Baxış: 3 213

Qazanbulaq qəsəbəsində 150 nəfərin işlə təmin olunacağı astar və üzlük gips məmulatları zavodunun tikinti işləri sürətlə davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, Qazanbulaq qəsəbəsində inşa edilən, “Konstralab İndustries” QSC-nə məxsus astar və üzlük gips məmulatları zavodunun tikinti işləri ilə yerində tanış oldu. İcra Başçısı burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü, zavodun tikintisi, istehsal gücü, yaranacaq yeni iş yerləri və gələcək fəaliyyət istiqamətləri ilə bağlı, müzakirələr apardı, bu məqsədlə müvafiq tövsiyyələrini bildirdi.  Zavodun inşası, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi əsasında həyata keçirilir. Layihənin əsas maliyyə investoru İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondudur və əlavə olaraq özəl investisiyanın cəlb olunması ilə zavodun inşasına, ümumilikdə 18 milyon manat vəsait nəzərdə tutulmuşdur. Zavodun tikinti işlərində, hazırda 100 nəfərdən çox işçi qüvvəsi çalışır və fəaliyyətə başladıqdan sonra, burada 150 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Zavodun istehsal məhsulları, daxili bazarla yanaşı, xarici bazarlara da ixrac olunacaqdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar