Xəbər lenti
18-11-2024, 12:06
 

Şəmkir-Goranboy magistral suvarma kanalının üçüncü növbəsinin tikinti işləri davam etdirilir - Fotolar

Tarix: 17-05-2024 13:20     Baxış: 1 372

Hazırda dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə ən böyük layihələrdən biri də Şəmkirçay su anbarı və Şəmkir-Goranboy magistral suvarma kanalıdır. Bu layihələrin icrası ilə ölkəmizdə minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaranıb.

 Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında  54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib. Uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsi  sayəsində Goranboy rayonunun 26 min hektardan çox torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Eyni zamanda, Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında aqroparka məxsus 4700 hektar torpaq sahəsi suvarma suyu ilə təmin edilir.  Hazırda kanalın  üçüncü  növbəsinin çəkilişi işləri həyata keçirilir.

Mubarizciler.az xəbər verir ki,  Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının üçüncü növbəsinin Veyisli kəndi ərazisində aparılan tikinti işləri ilə yerində tanış oldu.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar