Xəbər lenti

Avropa Çempionatının mükafatçısı Goranboyda izdihamla qarşılandı - FOTOLAR

Tarix: 17-05-2024 00:56     Baxış: 2 625

Goranboylu idmançı - Avropa Çempionatının mükafatçısı izdihamla qarşılandı

Mubarizciler.az xəbər verir ki,  16 may 2024-cü il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun, Goranboy rayon İcra Hakimiyyətinin, Goranboy Uşaq Gənclər İdman Məktəbinin, Goranboy OİK-nin, Goranboy Uşaq Gənclər İdman Şahmat Məktəbinin rəhbər və kollektivləri, rayonun idman ictimaiyyəti və bir qrup gənc idmançının iştirakı ilə Goranboy rayonunun girişi önündə idmançımız Göyüşov Pünhan Əli oğlunun qarşılanma mərasimi təşkil olundu.

 Qeyd edək ki, 9-12 may 2024-ci il tarixlərdə Goranboy UGİM-nin məşqçi-müəllimi Tural Bədəlovun tələbəsi Göyüşov Pünhan Əli oğlu Serbiyada keçirlən yeniyetmə və gənclər arasında Sambo idman növü üzrə Avropa çempionatında  79 kq çəki dərəcəsində  bürünc(🥉) medal qazanıb.

 İdmançımızı və məşqçimizi qələbə münasibəti ilə təbrik edir və qarşıdan gələn dünya çempionatında uğurlar arzulayırıq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar