Xəbər lenti

Naftalanda növbəti səyyar qəbul keçirilib - Fotolar

Tarix: 14-05-2024 15:10     Baxış: 1 141

Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Rövşən Kərimov, Etibar Verdiyev, Hüseyn Hüseynov və Azər Zeynalov küçələrinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda ŞPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə şəhər rəhbəri, vaxt itkisinə yol vermədən vətəndaşların müraciətlərinin operativ həll edilməsi məqsədilə yaradılmış Rəqəmsal İcra Hakimiyyəti Portalı barədə sakinlərə məlumat verib.

Sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar