Xəbər lenti
Dünən, 22:37
 

İlham Əliyev: «Birgə Bəyannamə hər iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir»

Tarix: 13-05-2024 22:14     Baxış: 385

Azərbaycan qazını Slovakiya bazarına nəql etmək üçün yaxşı imkanlar yaradılıb

 Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatla çıxış ediblər. İlk öncə çıxış edən dövlətimizin başçısı bildirib ki, səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu da hər iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir.  Prezident məlumat verib ki,  imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var və bu istiqamətdə birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara start verilib. Energetika sektorundakı əməkdaşlığın da  geniş müzakirə edildiyini diqqətə çatdıran ölkəmizin başçısı, Azərbaycanın hazırda 8 ölkəyə öz təbii qazını ixrac etdyini, 9-cu ölkənin Slovakiya olacağına ümidvar olduğunu ifadə edib. Ölkəmizin başçısı deyib ki, keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb. Azərbaycanın öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql etdiyini vurğulayan dövlətimizin başçısı, Avropaya təchizatın 12 milyard kubmetrə qədər qalxacağı anonsunu verib: «Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq».

Hər iki ölkə arasında əməkdaşlığın əlamətdar istiqamətlərindən birinin  azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətini qeyd edən Prezident İlham Əliyev deyib ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə aşağıdakı Azərbaycan-Slovakiya sənədləri imzalanıb.     

 “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş». 

     Azərbaycan-Slovakiya münasibətlərinı gəlincə, Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır və iki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir, Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyi 28 iyul 2023-cü ildə təsis edilib, İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib, Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır, AR Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.


Təhmasib Rüstəmov 

YAP Qubadlı Rayon Təşkilatının sədri



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar