Xəbər lenti

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar əziz xatirəsi Azərbaycan Ağsaqqallar Şurasının üzvləri tərəfindən anılıb - FOTO

Tarix: 11-05-2024 13:26     Baxış: 1 155

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədr müavinləri – Tahir Süleymanov, Bayram Yusifov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – millət vəkili, professor Aqiyə Naxçıvanlı, professor Şəmsəddin Hacıyev, professor İbrahim Quliyev, Nəzarət-Təftiş Komissiyasının üzvü Saleh Abdullayev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov, o cümlədən rayon təşkilatlarının sədrləri və üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar may ayının 10-da Fəxri Xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, misilsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası idi və Ümummilli Liderimizin bu arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev yerinə yetirdi. Bu gün suveren Azərbaycanın işğaldan azad olunmuş əzəli-əbədi, tarixi torpaqlarında, eləcə də Qarabağın mədəniyyət beşiyi olan Şuşada və Xankəndidə üçrəngli bayrağımız qürurla dalğalanır. Eldar Quliyev, həmçinin, bildirib ki, milli sərvətimiz olan Heydər Əliyev irsi, bu dahi şəxsiyyətin çoxşaxəli fəaliyyəti və zəngin dövlətçilik təcrübəsi, habelə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsindəki rolu Azərbaycan Ağsaqqallar Şurası tərəfindən cəmiyyətimiz, xüsusilə gənc nəsil arasında geniş təbliğ olunur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar