Xəbər lenti

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi

Tarix: 11-05-2024 13:02     Baxış: 1 687

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Dövlət başçısı və xanımı mənzillərin açarlarını sakinlərə təqdim ediblər.

Mubarizciler.az Modern.az-a istinadən xəbər verir ki, mənzillə təmin olunanlardan biri də Şuşanın 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova olub .

S. Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur. O, bu vəzifəyə ötən il təyin olunub.

O, görüş zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür edib.

"Təşəkkür edirəm, minnətdaram. Bu gün atamın ruhu şaddır. Bütün şəhidlərimizin ruhu şaddır. Biz Sizinlə fəxr edirik, qürur duyuruq. Təşəkkür edirəm, çox sağ olun", - o deyib.

Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1991-ci ilin 11 dekabrında Şuşadakı iş otağında güllələnərək öldürülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar