Xəbər lenti

Şəmkirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib - Fotolar

Tarix: 10-05-2024 16:19     Baxış: 343

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, apratın əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, Ulu öndərin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Mubarizciler.az xəbər verir ki,  Şəmkir Rayon İcra Hakimiyyəti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasın birgə təşkilatçılığı ilə Ümummilli liderin anadan olmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxış keçirilib,  əmkdar incəsənət xadimi, professor Tahirə Yaqubovanın bədii rəhbərliyi ilə orqan musiqi konserti təşkil olunub. 

Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, bu gün qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır.

İcra başçısı qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik daim özünü göstərib. Azərbaycanda intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.

Tədbirdə orqan musiqi alətində Azərbaycan bəstəkarlarının əsərləri ifa edilib, Ulu öndərin sevdiyi musiqilər səsləndirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar