Xəbər lenti

Goranboyda Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirildi - FOTO

Tarix: 10-05-2024 12:39     Baxış: 1 050

Goranboyda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirildi.

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı, Goranboy  rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy şəhəri Heydər Əliyev Parkında, ümumrayon tədbiri keçirildi. Mubarizciler.az xəbər verir ki,  Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun huquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, idarə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları,  rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdilər. Goranboylular Ümummilli Liderimizin rayon mərkəzində  ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət edərək Dahi Şəxsiyyətə bir daha böyük ehtiramlarını nümayiş etdirdilər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar