Peşəsinin peşəkarı Həkim-cərrah Həsənov Fərzulla
Hər iki vətən müharibəsinin qəhrəman həkim-cərrahı, insana xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən, peşəsinin peşəkarı Həkim-cərrah
Mubarizciler.az xəbər verir ki, Həsənov Fərzulla Ruşən oğlu 10 Aprel 1958-ci ildə İmişli şəhərində anadan olub. Elə məktəb illərindən müəllimlərinin sevimlisi olan və məktəbi əla qiymətlərlə başa vuran
Fərzulla 1975-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub.
1981-ci il Tibbi Universitetini bitirərək SSRİ-nin UNLYANSK şəhərinə həkim-cərrah üzrə təyinat alıb.
Onu digərlərindən fərqləndirən cəhəti həm peşəsinin peşəkarı olmaq, kasıbların yanında olması, eyni zamanda vətənpərvər vətəndaş xüsusiyyətlərinin parlaq nümunəsinin onda olması idi.
Darda qalan Vətənin harayı onu öz qoynuna səslədi.
O, 1-ci Qarabağ müharibəsi başlayanda vətənə qayıdıb. Ağdamin Mahrızlı kənd Hospitalinda, sonra isə İmişli MRX-da həkim-cərrah kimi fəaliyyət göstərib.
İllərdi çalışır. Xalqın böyük sevgisini qazanıb. Gözü dünya malında olmayan həkim öz elinin varlısına da, kasıbına da eyni gözlə baxıb. Bitib tükənməyən uğurları, xeyirxah əməlləri var.
2020 ci il sentyabrın 27 - də 2-ci Qarabağ müharibəsi başlayan gündən Füzuli Müalicə Diaqnostika Mərkəzinə həkim-cərrah kimi könüllü olaraq mərkəzə getmiş və mərkəzdə fəaliyyətə başlamışdır. Müharibə bitənə qədər mərkəzdə öncəbhədən gələn yaralılara ilkin tibbi yardım və xeyli cərrahi əməliyyatda əvəzssiz xidmət göstərmişdir..
Belə həkimlərimizlə fəxr edirik. Və diqqətətinizə çatdırmaq istəyirəm ki, Vətənin ərazi bütövlüyünün bərpasında, qələbənin əldə olunmasında Fərzulla kimi həkimlərin böyük əməyi var.
Bəli, Güc birlikdədir!
İmişlilərin fəxridi Fərzulla həkim.
Xəbəri paylaş